Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, noyabrın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi əsəcək. Gecə 7-10°, gündüz 12-15° isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə və gündüz 70-80 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Arabir duman olacaq.
Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-9°, gündüz 12-17° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 3-8° isti olacaq.
Q.QASIMOV
XQ