AZ

"Mən hesab edirəm ki, biz öhdəlikdən real fəaliyyətə keçməyimizi təmin etməliyik"

"Bakı çağırışı bizi yeni yanaşmaya - hökumətlərlə, münaqişəyə meyilli bölgələrdən olan icmalarla, yerli aktorlarla və BMT-nin müvafiq agentlikləri ilə tərəfdaşlığa doğru hərəkət etdirə bilər”.

Teleqraf.com xəbər verir ki, bunu Dövlət Katibi və Almaniya Xarici İşlər Nazirliyinin Beynəlxalq İqlim Fəaliyyəti üzrə Xüsusi Nümayəndəsi Cennifer Morqan COP29 çərçivəsində keçirilən “İqlim və Sülh: Heç kim arxada qoymamaq naminə birgə fəaliyyət”adlı Yüksək səviyyəli paneldə deyib.

"Bakı çağırışı bu kontekstdə müxtəlif tərəfdaşların investisiya edilə bilən davamlılıq layihələri xəttini müəyyənləşdirə bilər. Bakı çağırışı iqlim dəyişikliyi və kövrəkliyin bu kəsişməsində səyləri birləşdirə və təcili olaraq tədbirləri genişləndirə bilər. Mən hesab edirəm ki, ümumilikdə, biz öhdəlikdən real fəaliyyətə keçməyimizi təmin etməliyik", - o qeyd edib.


Müəllif: Rəqsanə Həsənova
Seçilən
7
2
teleqraf.com

3Mənbələr