AZ

Trampın gözəlləri - ABŞ prezidenti yüksək vəzifələrə qadınları gətirir

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ən məsul vəzifələrə parlaq qadınları təyin edərək dövlət aparatını formalaşdırmağa başlayıb.
 
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, ekssentrik siyasətçinin özünün ikinci dönəm prezidentliyində zərif cinsin təmsilçilərini yüksək qiymətləndirdiyini göstərmək qərarına gəlib.
 
Trampın yüksək vəzifə vermək istədiyi qadınlar arasında aşağıdakılar var:
 
1.Kristin Noem, 52 yaş, Daxili Təhlükəsizlik İdarəsinin rəisi (nazir) vəzifəsini tutacaq. Cənubi Dakota qubernatorudur. Norveç əsillidir. O, dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsinə və deportasiyalara cavabdeh olacaq.
 
2. Elise Stefanik, 40 yaş. Ölkənin BMT yanında daimi nümayəndəsi postuna təyin ediləcək. Hazırda ABŞ Konqresində Nyu-York rayonlarından birinin nümayəndəsidir. E.Stefanik İsrailin qızğın tərəfdarıdır, eyni zamanda BMT və digər beynəlxalq qurumların hazırkı effektivlik səviyyəsinin sərt tənqidçisidir. O, Ukraynaya 61 milyard dollarlıq yardımın son tranşına qarşı çıxan 112 respublikaçı deputatdan biridir. idi.
 
3. Elizabet Pipko, 29 yaş. Ağ Evin mətbuat katibi təyin olunması gözlənilir. Trampın seçki kampaniyasında çalışıb. Eks-modeldir.
 
4. Alina Habba, 40 yaş. Ağ Evin mətbuat katibi vəzifəsinə alternativ namizəd. Donald Trampın vəkilidir.
 
5. Tulsi Qabbard, 43 yaş. ABŞ Milli Kəşfiyyatının direktoru təyin olunacağı gözlənilir. Siyasi və hərbi ekspertdir. Milliyətcə Samoanın Havay adalarındandır. Silahlı qüvvələrdə 17 il xidmət edib. 2022-ci ilə qədər Demokratlar partiyasının üzvü olub.
 
6. Susan Uayls, 67 yaş. Ağ Evin Aparat rəhbəri olacaq. Siyasi strateqdir. Onun təyinatı Donald Trampın ilk kadr qərarı idi. Uayls ABŞ tarixində bu vəzifəni tutan ilk qadındır.
 
Seçilən
10
1
moderator.az

2Mənbələr