AZ

"Yaşıl artım" portalı təqdim edilib

Bakı, TurkicWorld

İqtisadiyyat Nazirliyinin və Harvard Universitetinin İnkişaf Mərkəzinin birgə layihəsi olan "Yaşıl artım" portalının təqdimatı keçirilib.

TurkicWorld xəbər verir ki, bunu COP29 tədbiri zamanı jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov deyib.

O bildirib ki, portal tək Azərbaycan üçün deyil, qlobal əhəmiyyət kəsb edir.

"Portalda 120-dən çox ölkənin yaşıl inkişafa dair göstəricilərinin göstərilməsi nəzərdə tutulub. Bu portal Azərbaycan dövlətinin maliyyəsi ilə ərsəyə gəlib", - deyə o qeyd edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Dünən isə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Liderlər Sammitinin açılış mərasimi keçirilib.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Seçilən
15
5
turkic.world

6Mənbələr