AZ

COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir

Yazını böyüt
Yazını kiçilt

"Bu tədbir iqlim fəaliyyətinə dair mühüm məsələləri müzakirə etmək və biomüxtəlifliyin qorunması, ekoloji cinayətlərə qarşı mübarizə, karbon emissiyalarının azaldılması üçün hüquq-mühafizə orqanlarının səylərini gücləndirmək baxımından xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsləri ölkənin yaşıl enerji təşəbbüslərinə və ətraf mühitin mühafizəsinə bağlılığını nümayiş etdirir. COP29-a ev sahibliyi etməyimiz beynəlxalq ictimaiyyətin bu sahədəki səylərimizi tanımasının göstəricisidir"

Hafta.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Kamran Əliyev həmçinin çıxışında Birləşmiş Ərən Əmirliklərinin Baş nazirinin müavini və daxili işlər naziri general-leytenant Şeyx Seyf bin Zayed Əl Nəhyana konfransın həmsədri kimi göstərdiyi liderliyi və BMT-nin Narkotiklər və Cinayətkarlıqla mübarizə üzrə İdarəsinin ekoloji cinayətlərə qarşı mübarizədə dəstəyini yüksək qiymətləndirib.

Baş Prokuror Azərbaycanın ətraf mühitin qorunması sahəsində mühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, 2024-cü ilin Azərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edildiyini və ölkənin ekoloji cinayətlərə qarşı sərt cəzalar tətbiq etdiyini qeyd edib.

Kamran Əliyev əlavə edib ki, Baş Prokurorluq iyun ayında Azərbaycanın Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsində maarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusunda konfrans təşkil edib.

Baş Prokuror Azərbaycanın gələcək hədəflərinin qanunların effektiv icrası, rəqəmsal iş sistemi, ekoloji nəqliyyat, meşə bərpası, dayanıqlı enerji istifadəsi, günəş və külək enerjisindən istifadə ilə bağlı olduğunu açıqlayıb.

“Gəlin, gələcək nəsillər üçün planetimizi qoruyaq”, – deyə Kamran Əliyev çıxışını yekunlaşdırıb.

Seçilən
5
11
hafta.az

10Mənbələr