Olaylar.az xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat yayıb.
Qeçin sözlərinə görə, bu təklif 2023-cü ilin yayında Ukraynada baş verən hadisələrin müzakirəsi zamanı səsləndirilib. O, Qərbdə nadir görünən bir təşəbbüslə çıxış edərək, Çinlə mübarizədə birləşmək üçün Rusiyanın NATO-ya qəbul edilməsini təklif edib.
"Doğrudanmı biz, ABŞ-ə 90 mil məsafədə Kubada Çin gizli hərbi baza inşa edərkən, Rusiya tanklarından daha çox qorxuruq?" - deyə Qeç vurğulayıb.
O həmçinin əlavə edib ki, Rusiyanın NATO-ya üzv olması alyansa, perspektivdə, Ukraynanın üzvlüyündən daha çox fayda verə bilərdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31