AZ

Matt Qeç: “Ukraynanı deyil, Rusiyanı NATO-ya qəbul etməyi təklif etmişdim” – ÖZƏL

ABŞ-nin gələcək baş prokuroru Matt Qeç bir vaxtlar NATO-ya Ukraynanı deyil, Rusiyanı qəbul etməyi təklif etdiyini bildirib. Bu addımın məqsədi Çinə qarşı güclü bir alyans yaratmaq olub. 

Olaylar.az xəbər verir ki, bu barədə "Newsmax" telekanalı məlumat yayıb.

Qeçin sözlərinə görə, bu təklif 2023-cü ilin yayında Ukraynada baş verən hadisələrin müzakirəsi zamanı səsləndirilib. O, Qərbdə nadir görünən bir təşəbbüslə çıxış edərək, Çinlə mübarizədə birləşmək üçün Rusiyanın NATO-ya qəbul edilməsini təklif edib.

"Doğrudanmı biz, ABŞ-ə 90 mil məsafədə Kubada Çin gizli hərbi baza inşa edərkən, Rusiya tanklarından daha çox qorxuruq?" - deyə Qeç vurğulayıb.

O həmçinin əlavə edib ki, Rusiyanın NATO-ya üzv olması alyansa, perspektivdə, Ukraynanın üzvlüyündən daha çox fayda verə bilərdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
50
olaylar.az

10Mənbələr