AZ

COP29 ədalət mühakiməsi sisteminin cavab tədbirlərinin iqlim və iqlim maliyyəsi gündəliyinə daxil edilməsi üçün mühüm fürsətdir - BMT

Dünyanın müxtəlif dövlətlərini təmsil edən on minlərlə hökumət nümayəndəsi və digər iştirakçılar iqlim dəyişmələrinə qarşı mübarizəyə dəstək vermək məqsədilə cəsarətli həll yolları axtarmaq üçün BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində bir araya gəldilər.

Dünyada planeti çirkləndirən, meşələrin qırılmasından və biomüxtəlifliyin itirilməsindən qazanc əldə edən bir qrup aktor var ki, onlar planetimizi xilas etmək üçün öhdəliklərin və sazişlərin icrasına görə məsuliyyət daşımır.

Dünyanın istənilər regionunda transmilli mütəşəkkil cinayətkar qruplar ətraf mühit üçün dağıdıcı nəticələrə səbəb olan qeyri-qanuni fəaliyyətlərlə məşğul olurlar. Cinayət ədalət mühakiməsi sisteminin cavab tədbirlərinin iqlim dəyişmələri ilə mübarizə səylərinə inteqrasiya etməsək, təbiətin qeyri-qanuni istismarı bu səylərə xələl gətirməyə davam edəcək.

Olaylar xəbər verir ki, bu fikirlər BMT-nin Vyana bölməsinin Baş direktoru, BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin (BMTNCİ) icraçı direktoru xanım Qada Valinin "Yaşıl dünya naminə həmrəylik dövlətlərdən mütəşəkkil cinayətkarlıq və korrupsiya ilə mübarizə aparmağı tələb edir" sərlövhəli məqaləsində yer alıb.

Məqalədə Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin (UNODC) 2024-cü il Vəhşi Təbiətə qarşı Cinayətlərlə bağlı Beynəlxalq Hesabatında 162 ölkədə 4000-ə yaxın bitki və heyvan növünün qanunsuz ticarət edildiyi qeyd olunub. Bu növlərin 80 faizindən çoxu "Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında Konvensiya"da (CITES) öz əksini tapıb.

Mütəşəkkil cinayətkarlıq iqlim fəaliyyətinə ciddi təhlükə olmaya bilər, ancaq cinayətkar şəbəkələr iqlim böhranı ilə bağlı həll yollarımıza maneə törədir. Dünyanın iqlim dəyişmələri ilə mübarizəni gücləndirmək məqsədilə bir araya toplaşdığı bir vaxtda bu cinayətkar qruplar əks istiqamətdə hərəkət edir və eyni zamanda, icmalar üçün çox ciddi təhlükə yaradır.

Ətraf mühitə təsir edən cinayətlərə qarşı daha ciddi, onlara iqlim gündəliyinin tərkib hissəsi kimi yanaşmağın vaxtı gəlib çatıb.

COP29 Sammitinin davam etdiyi vaxtda Azərbaycan konfrans zamanı təqdim olunan Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi çağırışı ilə güclü öhdəlik nümayiş etdirib.

Bakının qəbul etdiyi bu çağırış iqlim dəyişmələri kontekstində qlobal səviyyədə hüquq-mühafizə orqanlarının səylərini artırmaq üçün UNODC-nin ev sahibi ölkə olan Birləşmiş Ərəb Əmirlikləri ilə birgə təşəbbüs irəli sürdüyü COP28-də müəyyənləşdirilmiş məqsədlərə dəstək verməyə əsaslanan mühüm addımdır.

Dövlətlər Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrini (NDC) hazırlayarkən bu COP29 tədbiri iqlim məqsədlərinə doğru irəliləyişi sürətləndirmək üçün ədalət mühakiməsi sisteminin cavab tədbirlərinin inteqrasiyasının vacibliyini vurğulayır.

UNODC Bakıda keçirilən COP29 tədbirində iştirak etməkdən qürur duyur, iqlim və iqlim maliyyəsi gündəliyini cinayət təhdidlərindən qorumaq üçün əlaqələr və tərəfdaşlıqlar qurur. Biz səylərimizi birləşdirərək transmilli mütəşəkkil cinayətkarlığa qarşı birgə tədbirlər görə bilərik, bununla da insanların həyatını xilas edə, icmaları müdafiə edə və planetimizi qoruyub saxlaya bilərik.

Məlumat üçün bildirək ki, 2024-cü il noyabrın 15-i tarixdə ilk dəfə transmilli mütəşəkkil cinayətkarlığın bütün formalarının yaratdığı təhlükələr barədə məlumatlılığı artırmaq və beynəlxalq əməkdaşlığı möhkəmləndirmək məqsədilə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul edilmiş Transmilli Mütəşəkkil Cinayətkarlığın Bütün Formalarının Qarşısının alınması və Mübarizə üzrə Beynəlxalq Günü kimi qeyd olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
19
1
olaylar.az

2Mənbələr