AZ

Günəş və külək enerjisindən istifadə Azərbaycanın gələcək hədəflərindəndir - Baş prokuror Kamran Əliyev

Bakı. Trend:

Günəş və külək enerjisindən istifadə Azərbaycanın gələcəkhədəflərindəndir.

Trend xəbərverir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru KamranƏliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonadakeçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizəorqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyadadeyib.

Baş Prokuror Azərbaycanın ətraf mühitin qorunması sahəsindəmühüm nailiyyətlər əldə etdiyini vurğulayıb. O, 2024-cü ilinAzərbaycanda “Yaşıl Dünya Naminə Həmrəylik ili” elan edildiyini vəölkənin ekoloji cinayətlərə qarşı sərt cəzalar tətbiq etdiyini qeydedib.

Kamran Əliyev əlavə edib ki, Baş Prokurorluq iyun ayındaAzərbaycanın Xankəndi şəhərində "Ətraf mühitin gücləndirilməsindəmaarifləndirmə və hüquq-mühafizə tədbirlərinin rolu" mövzusundakonfrans təşkil edib.

Baş Prokuror Azərbaycanın gələcək hədəflərinin qanunlarıneffektiv icrası, rəqəmsal iş sistemi, ekoloji nəqliyyat, meşəbərpası, dayanıqlı enerji istifadəsi, günəş və külək enerjisindənistifadə ilə bağlı olduğunu açıqlayıb.

“Gəlin, gələcək nəsillər üçün planetimizi qoruyaq”, – deyəKamran Əliyev çıxışını yekunlaşdırıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
9
1
az.trend.az

8Mənbələr