AZ

Tanzaniya Milli Assambleyasının sədri Azərbaycana səfərə gəlib (FOTO)

Bakı. Trend:

Tanzaniya Respublikasının Milli Assambleyasının sədri TuliaEkson BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etməkməqsədilə noyabrın 15-də Azərbaycan Respublikasına səfərəgəlib.

Trend xəbər verir ki, HeydərƏliyev Beynəlxalq Aeroportunda qonağı Milli Məclisin deputatı ƏminəAğazadə və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, COP29 çərçivəsində noyabrın 16-17-də BakıdaParlamentlərarası İttifaqın və Milli Məclisin birgə təşkilatçılığıilə Parlament Görüşü keçiriləcək. Altmış altı ölkədən və beynəlxalqtəşkilatlardan 92 nümayəndə heyətinin, 330-dək iştirakçınınqatılacağı tədbirdə 12 spiker və vitse-spiker olmaqla, 167parlament üzvünün iştirakı gözlənilir.

Tanzaniya
Tanzaniya
Seçilən
16
22
az.trend.az

5Mənbələr