AZ

Kamran Əliyev: Prokurorluq binalarında karbon izlərini azaltmaq və ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq etmək etmək məqsədilə işlər görülüb

Prokurorluq binalarında karbon izlərini azaltmaq və ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq etmək etmək məqsədilə işlər görülüb

"Operativ Mmedia" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası çərçivəsində Mavi Zonada keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə hüquq- mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Bu yaxınlarda açılmış prokurorluq binalarında karbon izlərini azaltmaq və ekoloji cəhətdən təmiz təşəbbüsləri təşviq etmək öhdəliyimizi nümayiş etdirən inteqrasiya olunmuş günəş panelləri və elektrik avtomobilləri var.

Prokurorluq Azərbaycanın ərazilərinin bərpasından sonra işğaldan azad edilən ərazilərdə 30 ilə yaxın işğal zamanı törədilmiş ekoloji cinayətləri istintaq edir. Ekoloji pozuntulara hüquqi qiymət verilməsi və meşəbərpa kampaniyalarının başlanması istiqamətində işlər davam etdirilir.

İqlimlə bağlı fəaliyyətin inkişafı ilə bağlı Azərbaycan Prokurorluğunun öhdəliklərindən bəhs edən Kamran Əliyev bildirib ki: “Elektrikli avtomobil parkımızı 30-a qədər artıraraq, karbon izimizi əhəmiyyətli dərəcədə azaldırıq, bundan əlavə, inzibati binalarımızı enerji ilə təmin etmək üçün günəş və külək enerjisindən istifadə etməyə davam edəcəyik.”

Seçilən
8
4
operativmedia.az

5Mənbələr