AZ

"Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir"- BƏƏ Baş nazirinin müavini

Image

Ekoloji cinayətlər ilbəil artır, səmərəli mübarizə vacibdir. Bunu Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini, daxili işlər naziri Şeyx Saif bin Zayed əl-Nəhyan "İqlim dəyişikliyi ilə mübarizədə hüquq mühafizə orqanlarının səfərbər olunması" adlı yüksək səviyyəli sessiyada deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin yaratdığı fəsadlarla bağlı statistika 2023-cü ildə rekord həddə çatıb:

"Biz iqlim dəyişikliyi ilə bağlı özümüzə qarşı dürüst olmalıyıq. Bu ekoloji terrorizmi törədənləri tapmalıyıq. Bəzi ölkələr ekoloji sahədə bir-birilərinə qarşı maneələr yaradırlar".

Nazir bildirib ki, dünyada meşə yanğınları ilə havaya 8 milyard dioksid qazı buraxılır, bu isə havaya atılan emissiyaların 20 faizidir: "İqlim layihələri üçün birgə çalışmaq ümumi işin "onurğa sütunu"dur".

Nazir Azərbaycan Respublikasını və tədbirin təşkilatçılarını belə bir əhəmiyyətli sessiyanın keçirilməsinə görə təbrik edib: "Bu tədbir həm ölkələrarası əməkdaşlığın gücləndirilməsi, həm də iqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının rolunun genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir" - deyə Şeyx Seyf bin Zayed Əl Nəhyan qeyd edib.






Seçilən
6
5
baki-xeber.com

8Mənbələr