AZ

COP29: Özbəkistan 2030-cu ilə qədər elektrik enerjisinin 40%-ni bərpa olunan mənbələrdən təmin edəcək

Özbəkistanın energetika nazirinin müavini Umud Mahmudoviç Mamadaminov, ölkəsinin bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirdiyini açıqlayıb. Nazir müavini bildirib ki, 2030-cu ilə qədər Özbəkistanın elektrik enerjisi istehsalının ən azı 40%-i bərpa olunan enerji mənbələrindən təmin ediləcək. Bu, ölkənin karbon izini azaltmaq və davamlı inkişaf məqsədlərinə çatmaq istiqamətində atdığı mühüm addımdır.

Mamadaminov, həmçinin qeyd edib ki, transsərhəd ölkələrin böyük bərpaolunan enerji resurslarına malik olduğunu vurğulayıb. Bu sahədə regional əməkdaşlığın və səylərin birləşdirilməsinin əhəmiyyətini xüsusi olaraq qeyd edib.

Seçilən
12
fins.az

1Mənbələr