AZ

Müdafiə naziri təsdiqlədi - Ultra-pravoslav yəhudlər hərbi xidmətə çağırılacaq

Bu gündə İsraildə ultra-pravoslav yəhudilər (Haredi) orduya çağırılacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu günə qədər onlarınhərbi xidmətə çağırış halı qanunda olmasa da, bu gün İsrailin müdafiə naziri Yisrael Katz 7 min ultra-pravoslav yəhudinin hərbi xidmətə çağırılması əmrini imzalayıb.

Müdafiə Nazirliyindən verilən açıqlamaya əsasən, artıq "Haredi"lərin hərbi xidmətə çağırılması prosesinə bu gündən start verilib: "Artıq bu gündən çağırış vərəqələri hazırlanır və 17 noyabrdan etibarən evlərə bildirişlər göndəriləcək".

Onu da qeyd edək ki, onlar İsrailin 9 milyonluq əhalisinin təxminən 12 faizini təşkil edir: "Haredi yəhudilərinin əksəriyyəti Qərbi Qüdsdəki Meaşerim məhəlləsində və paytaxt Təl-Əvivin yaxınlığındakı Bney Brak şəhərində yaşayır. İsraildə 1 noyabr 2022-ci il seçkilərində qalib gələn Likud lideri Binyamin Netanyahunun koalisiya ittifaqına ultra-pravoslav Şas və Birləşmiş Tövrat Yəhudilik partiyaları ilə yanaşı, ifrat sağçı partiyalar da daxildir. Haredi yəhudilərinin əksəriyyəti dinlərinin tələb etdiyi kimi yaşaya bilmədiklərini əsas gətirərək orduda xidmət etməkdən imtina edirlər".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
8
1
mia.az

2Mənbələr