AZ

Sabah yekun qərar veriləcək

Sabah 760 MVt gücündə iki günəş elektrik stansiyasının maliyyələşdirilməsi ilə bağlı yekun qərar veriləcək.

“İki sahil” xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, noyabrın 21-də isə 100 MVt gücündə günəş elektrik stansiyası üzrə ilk hərracın nəticələri elan ediləcək: "Həmçinin bu gün Bakıda Təmiz Enerji Mərkəzinin də açılışı olacaq. Bütün bunlar Azərbaycanın enerji sahəsindəki əzmkarlığını və yaşıl gələcək naminə qlobal həmrəyliyə sadiqliyini nümayiş etdirir. COP29 təşəbbüsləri, yalnız ölkəmizin deyil, bütün dünyanın dayanıqlı enerji gələcəyinə töhfə verməyə yönəlmiş əhəmiyyətli addımlardır".

Seçilən
13
1
ikisahil.az

2Mənbələr