Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəlləyiş var.
"Cebheinfo.az" qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə onun xanımı Zemfira Mustafayeva məlumat yayıb.
O, müalicənin ev şəraitində davam etdirildiyini bildirib: "Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir. Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır. Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və qaydasına düşəcək”.
Əsabəli Mustafayevə Sumqayıtdakı 2 nömrəli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən vəkilə üçüncü dəfə insult diaqnozu qoyulub.
"Cebheinfo.az"