AZ

"Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir" - Tanınmış vəkilin nitqində problem yaranıb

Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəlləyiş var.

Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib. 

Xanımı vəkilin müalicəsinin ev şəraitində davam etdiyini bildirib: "Bu günə də şükürlər olsun. Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir. Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır. Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və əvvəlki kimi qaydasına düşəcək”.

Seçilən
9
24
mia.az

10Mənbələr