Tanınmış vəkil Əsabəli Mustafayevin səhhətində xeyli irəlləyiş var.
Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya açıqlamasında vəkilin həyat yoldaşı Zemfira Mustafayeva məlumat verib.
Xanımı vəkilin müalicəsinin ev şəraitində davam etdiyini bildirib: "Bu günə də şükürlər olsun. Hələ danışa bilmir. Sözlər üzərində müalicə kursu keçirilir. Əvvəl bir söz deyirdisə, bu gün iki söz deyir, yavaş-yavaş cümlə qurmağa çalışır. Sağlamlığı üçün mübarizə aparır. Rahat şəkildə özü gəzir, yəni bu sahədə problem yoxdur. Əsas danışığıdır, əminəm ki, nitqi açılacaq və əvvəlki kimi qaydasına düşəcək”.