AZ

BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən və ətraf mühitlə bağlı səylərindən razıyıq".
Oxu.Az xəbər verir ki, bunu BMT-nin polis məsləhətçisi və Birləşmiş Millətlər Təşkilatının polis rəisi Feysal Şakar bildirib.
O deyib ki, Azərbaycan bu prosesə tam sadiqlik nümayiş etdirib.
"Bu, BMT-nin təhlükəsizliyi baxımından ekoloji şəraitin yaxşılaşdırılmasına çox kömək edəcək təşəbbüsdür. Mən polis məsləhətçisi və BMT-nin polis rəisi kimi çalışıram. BMT polisi bütün dünyaya yayılıb, təşkilatın missiyaları, ekoloji cinayətlərin araşdırılması ilə məşğul oluruq. Milli polis qüvvələrini ekoloji problemlərlə mübarizə və ekoloji cinayətlərin araşdırılmasına hazırlayırıq", - o bildirib.
"Beləliklə, biz məşğulluğun yaxşılaşdırılması prosesində tərəfdaşıq. BMT-nin buradakı təhlükəsizliyi kifayət qədər yaxşıdır", - o bildirib.
Məhərrəm Əliyev
Seçilən
17
7
oxu.az

8Mənbələr