AZ

Qlobal şəbəkəyə 670 qiqavat həcmində bərpa olunan enerji əlavə edilib

3 000 qiqavat həcmində bərpa olunan enerji qlobal şəbəkələrə əlavə edilməyə hazırdır.

“İki sahil” xəbər verir ki, bunu Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qlobal şəbəkəyə 670 qiqavat həcmində bərpa olunan enerji əlavə edilib: “Bu, böyük artımdır. Lakin bu il əlavə etdiyimiz miqdardan təxminən 5 dəfə çox, yəni 3 000 qiqavat bərpa olunan enerji şəbəkələrə əlavə edilməyə hazırdır. Amma dünyada bunu qəbul edə biləcək şəbəkə tutumu yoxdur".

F.Birol əlavə edib ki, bu istiqamətdə qurğular var: "Amma biz onu istehlakçılara, evlərə, sənaye müəssisələrinə və yaşayış binalarına çatdıra bilmirik. Bu, iqtisadi cəhətdən səmərəsizdir. Çünki indiyə qədər dünya “təmiz elektrik stansiyaları” tikməyə diqqət yetirib. Lakin onu istehlakçılara çatdırmaq üçün şəbəkələrə ehtiyacımız olduğunu unutmuşuq. İndi bununla bağlı problemləri həll etməyə çalışırıq".

Seçilən
9
1
ikisahil.az

2Mənbələr