AZ

Baş direktor: Misir Bakı çağırışını və habının yaradılmasını tam dəstəkləyir

Misir siyasi arenada iqlim dəyişiklikləri ilə sülh yolu ilə mübarizəyə yönəlmiş Bakı çağırışını və Bakı habının yaradılmasını tam dəstəkləyir.

“Report” xəbər verir ki, bunu Münaqişələrin həlli, Sülhməramlı və Sülh Quruculuğu üzrə Qahirə Beynəlxalq Mərkəzinin (CCCPA) baş direktoru Əhməd Əbdül-Lətif COP29 çərçivəsində keçirilən mətbuat konfransında bildirib.

"Bu gün səhər keçirilən yüksək səviyyəli konfransda Misirin tam dəstəklədiyi Bakı çağırışı və Bakı habı yaradılıb. COP sədrliyi ilk dəfə olaraq "Sülhün qorunması üçün iqlim tədbirləri" adlı iqlim və sülh təşəbbüsü ilə çıxış edib və biz bu təşəbbüsü təşviq etməkdə qətiyyətliyik", - o qeyd edib.

Seçilən
24
2
report.az

3Mənbələr