AZ

“Sky sports”un tanınmış şərhçisi Bakıya gəlir

“Sky sports”un tanınmış şərhçisi “Qarabağ”ın dəvəti ilə Bakıya gəlir.

Apasport.az xəbər verir ki, “Qarabağ”ın təşəbbüsü ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyası (COP29) çərçivəsində təşkil olunacaq futbol klublarının iqlim dəyişikliyi ilə mübarizədə birgə alyansının yaradılması ilə bağlı tədbirdə iştirak edəcək daha qonağın adı bəlli olub. Tanınmış idman şərhçisi David Qarrido “Qarabağ”ın dəvəti ilə ölkəmizə gəlir.

“Sky sports”dakı şərhləri ilə milyonların sevimlisi olan aparıcı alyansı yaradılması ilə bağlı tədbirdə iştirak edəcək. İngilis və ispan dillərində şərhçilik bacarığına malik böyük britaniyalı bu sahədə 20 ildən artıq təcrübəyə malikdir. O, COP29 Sədrliyi və Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (Framework Convention on Climate Change, UN FCCC) dəstəyi, “Qarabağ” və Avropa Klublar Assosiasiyasının (ECA) birgə təşkilatçılığı ilə təsis olunacaq alyansın yaradılması tədbirində aparıcı olacaq.

Qeyd edək ki, “Qarabağ”, həmçinin “Liverpul”, “Tottenhem” (hər ikisi İngiltərə), “Atletiko Madrid”, “Real Betis” (hər ikisi İspaniya), “Fənərbaxça”, “Qalatasaray” (hər ikisi Türkiyə), “Udineze” (İtaliya), “Porto” (Portuqaliya), “Flamenqo” (Braziliya) və “Malmö”nün (İsveç) yer alacağı alyansın yaradılması ilə bağlı tədbir noyabrın 16-da saat 14:00-da Mavi zonanın "Nəsimi" zalında baş tutacaq və Mavi zona üçün akkreditasiyadan keçən hər kəs üçün açıq olacaq.

"Neftçi"nin məşqçi və futbolçuları üçün seminar təşkil olunub

Fernandu Santuş: "Heyətlə bağlı verilən bütün qərarlar mənə aiddir"

Musa Qurbanlı: "Estoniya ilə matçın nə qədər vacib olduğunu dərk edirik"

Millimizin Avropa çempionatındakı oyunlarının təqvimi açıqlanıb

Benzia oynadı, komandası bir xalla kifayətləndi

Seçilən
11
11
apasport.az

10Mənbələr