AZ

Milli yığmamız bütün oyunları uduzsa, Santuş nə edəcək?

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Fernando Santuş Azərbaycan millisinin UEFA Millətlər Liqasında xal qazanmayacağı təqdirdə nə edəcəyindən danışıb.

“Müqaviləmin müddəti 2028-ci ilə qədərdir. Bizim vəzifəmiz Azərbaycan millisi ilə yaxşı komanda yaratmaq və görünməmiş nəticə əldə etməkdir. Yalnız müqavilə başa çatdıqdan sonra nəticə çıxaracağıq”.- Santos mətbuat konfransında bildirib.

Xatırladaq ki, Azərbaycan millisi sabah Qəbələdə Estoniya yığması ilə, noyabrın 19-da isə səfərdə İsveçlə qarşılaşacaq. Santuşun komandası UEFA Millətlər Liqasının əvvəlki bütün oyunlarında məğlub olmuşdu.

Seçilən
27
moderator.az

1Mənbələr