AZ

ANAMA sədri: Minatəmizləmə təkcə təhlükəsizlik yox, həm də iqlim dayanıqlığı məsələsidir

İşğaldan azad edilmiş ərazilərdə işğal dövründə basdırılmış təxminən 1,5 milyon mina ekologiyaya ciddi ziyan vurub.

APA-nın xəbərinə görə, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov COP29 çərçivəsində təşkil olunmuş “Cığırın Təmizlənməsi: İqlim dayanıqlılığı və dayanıqlı inkişaf üçün mina təhlükəsi ilə mübarizə” adlı tədbirdə bildirib.

“Minalar və partlamamış hərbi sursatlar torpağın bir zamanlar zəngin olan biomüxtəlifliyini məhv edərək, münbit torpaqları çirkləndirib, kənd təsərrüfatı məhsuldarlığına zərər vurub”, - o deyib.

ANAMA sədri qeyd edib ki, minatəmizləmə təkcə təhlükəsizlik məsələsi deyil, həmçinin iqlim dayanıqlığı və dayanıqlı inkişaf məsələsidir: “Minalarla çirklənmiş ərazilərin 170 000 hektardan çox hissəsi təmizləndikcə, ekoloji bərpa, biomüxtəlifliyin yenilənməsi və dayanıqlı kənd təsərrüfatı üçün yol açılır. Bu təmizlənmiş sahələr infrastrukturun yenidən qurulmasına və məcburi köçkünlərin geri qayıdışına dəstək verir. Bu investisiyanın miqyasına baxmayaraq, beynəlxalq töhfələr ümumi maliyyələşdirmənin cəmi 4,4%-ni təşkil edir. Ölkəmizdə minaların tam təmizlənməsini təmin etmək və bu təhlükələrin geniş əhatəli ekoloji təsirlərini aradan qaldırmaq üçün qlobal dəstəyin artırılması olduqca vacibdir”.

Seçilən
15
1
apa.az

2Mənbələr