AZ

COP29 dünyanın diqqətini iqlim üçün daha bir təhlükəyə cəlb etdi...

Image

Azərbaycanın COP29 sədrliyi çərçivəsində yaradılmış Birgə Təşəbbüs-Azərbaycan, Misir, Almaniya, İtaliya, Uqanda, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Beynəlxalq Miqrasiya Təşkilatının birgə təşkilatçılığı ilə “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasında səslənən fikirlər bir daha təsdiq etdi ki, müharibələr iqlim böhranını dərinləşdirən əsas faktorlardan biridir. 

İqlim hər yerdə dəyişir, lakin təsirləri ən kəskin şəkildə qeyri-sabit bölgələrdə yaşayan insanlar hiss edir.

Münaqişə zonalarında yaşayan insanların gündəlik həyatlarını təkcə yaşadıqları zorakılıqlar deyil, həm də iqlim və ətraf mühitin dəyişməsi mürəkkəbləşdirir. Onlar tez-tez özlərini daim inkişaf edən iqlim təhlükələrinə hazırlıqsız görürlər. Bu insanlar iqlim və ekoloji böhranlardan ən az qorunan insanlardır. Bundan əlavə, iqlim dəyişikliyi ilə bağlı səylərdə onların maraqları çox vaxt nəzərə alınmır, buna qismən də münaqişəli mühitlərdə işləməklə bağlı çətinliklər səbəb olur. Heç kim bu çətinliklərin öhdəsindən təkbaşına gələ bilməz. İnsanların gələcək problemlərinin qarşısını almaq üçün təcili olaraq köklü dəyişikliklərə ehtiyac var. İndiki və gələcək nəsillərin həyat və hüquqlarının qorunması siyasətçilərin fəaliyyətindən asılıdır. İstixana qazlarının emissiyalarının azaldılması həyati əhəmiyyət kəsb edir, lakin eyni zamanda xalqlarınn iqlim dəyişikliyinə uyğunlaşmasına kömək etmək lazımdır. Münaqişə yaşayan ölkələr iqlim dəyişikliyindən ən çox əziyyət çəksələr də, problemin öhdəsindən gəlmək və xüsusən də iqlim dəyişikliyinə uyğunlaşmaq üçün ən az vəsait alırlar. Bu davam edə bilməz və COP29 çərçivəsində bu məsələ xüsusi olaraq dünyanın diqqətinə gətirlir. “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasda bu xüsusda aparılan müzakirələrin konkret nəticələrinin əldə olunmasına ümidlər böyükdür. İtaliya, Misir, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Almaniyan və Uqanda nümayəndələri, eləcə də Beynəlxalq Miqrasiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq təşkilatların nümayəndələri Azərbaycanın səylərini gələcəyin təhdidlərinə qarşı əməli addımlar kimi yüksək qiymətləndirib, ölkəmizin təşəbbüslərinə dəstəklərini ifadə ediblər. Eyni zamanda, bu sahədə əməkdaşlığın vacibliyi vurğulanıb. Bildirilib ki, Bakının bu çağırışı intensiv əməkdaşlıq tələb edir. Buna töhfə vermək üçün hər kəsi səyləri birləşdirməyə çağırıblar. Bakı COP-u iqlim dəyişikliyi ilə mübarizə sahəsindəki işlərdə həqiqətən də irəliləyişlərə nail olub. Diqqətə çatdırılıb ki, sülhü təmin etmək üçün bu gün iqlimlə bağlı məsələlərə maliyyənin yönləndirilməsi olduqca vacibdir. İqlim təhlükəsizliyinin təmin edilməsi Afrikadan başlayır. Yerli aktorlarla, müxtəlif tərəfdaşlarla əməkdaşlıq şəraitində işləmək lazımdır.

İclasda çıxış edən Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, sülh Azərbaycanın əsas prioritetidir. Nazir qeyd edib ki, iqlim dəyişikliyi qida təhlükəsizliyi ilə bağlı problemi də gücləndirir, su qıtlığını və torpağın deqradasiyasını sürətləndirir: “Bunlar da öz növbəsində miqrasiyaya aparır. İqlim dəyişikliyinin yaratdığı fəlakətlər qeyri-sabitliyin dərinləşməsinə səbəb olan münaqişələr üçün katalizator rolunu oynayır. Münaqişələr və onların nəticələrinin infrastruktura, torpağın deqradasiyasına və biomüxtəlifliyə dağıdıcı təsirləri iqlim böhranını daha da artıracaq və sülhə, dayanıqlığa və inkişafa zərər gətirəcək”. Ceyhun Bayramov, eyni zamanda, əlavə edib ki, 2021-ci ilə qədər 355 milyon ev təsərrüfatı, təxminən 1,3 milyard insan iqlim təhlükələrinə məruz qalıb. Beş yüz milyondan çox insan münaqişə və ya münaqişəyə meyilli ərazilərdədir. Ən həssas təbəqənin artan səsinə cavab olaraq, COP29 sədrliyi son bir neçə ay ərzində iqlim və sülh əlaqəsi üzrə birgə fəaliyyəti gücləndirmək üçün beynəlxalq səylərə rəhbərlik edir. Tədbirdə davamlı sülh üçün birgə fəaliyyətin əhəmiyyətinə toxunulub və Azərbaycan Sədrliyinin irəli sürdüyü təşəbbüslərin həyata keçirilməsində birgə fəaliyyətin vacibliyi vurğulanıb. Bu da təsadüfi deyil. Çünki bu təşəbbüslər iqlimlə bağlı problemləri, münaqişələrin buna mənfi təsirininaradan qaldırılmasına həlledici önəmə malikdir.  Hələlik isə görünən odur ki, iqlim böhranı mövcud münaqişələri şiddətləndirir və yenilərini alovlandırır. Həmçinin iqlim dəyişikliyi insanları torpaq və resurslar uğrunda rəqabətə sövq edir,  onsuz da zəif infrastruktura və zəif idarəçiliyə daha çox təzyiq göstərir. Məsələn, Rusiyanın Ukrayna ilə müharibəsinin ilk iki ilinin iqlim xərcləri 175 ölkənin istehsal etdiyi illik istixana qazı emissiyasını ötüb. Birbaşa hərbi əməliyyatlar, yanğınlar, uçuşların marşrutlarının dəyişdirilməsi, məcburi köçlər və infrastruktura hərbi hücumların səbəb olduğu qalıq yanacaq sızması, eləcə də gələcək karbon emissiyaları nəticəsində bu münaqişə nəticəsində ən azı 175 milyon ton karbon qazı ekvivalenti yaranıb. Bu 175 milyon tona karbon qazı, azot oksidi və bütün istixana qazlarının ən güclüsü olan kükürd heksaflorid daxildir. Bu, bütün il ərzində idarə olunan 90 milyon benzinlə işləyən avtomobilə bərabərdir və 2022-ci ildə Hollandiya, Venesuela və Küveyt də daxil olmaqla ayrı-ayrı ölkələrin istehsal etdiyi ümumi emissiyadan çoxdur. Rusiya-Ukraynaya savaşı xüsusilə Avropada hərbi xərclərin artmasına, partlayıcı maddələrə, polad və digər karbon tutumlu materiallara tələbatın artmasına səbəb olub ki, bu da qaçılmaz olaraq ölkələr və ya beynəlxalq iqlim tədbirləri tərəfindən nəzərə alınmayacaq emissiyaların artmasına səbəb olacaq.

Tahir TAĞIYEV





Seçilən
33
baki-xeber.com

1Mənbələr