AZ

X-dən imtina edən şirkət və qurumların sayı artır

X-dən imtina edən şirkət və qurumların sayı artır

Böyük Britaniyada yerləşən "The Guardian" qəzeti noyabrın 13-dən etibarən X hesabından xəbərləri paylaşmağı dayandırıb.Qəzet X-dən ayrılma səbəbi ərizəsində irqçilik və sui-qəsd nəzəriyyəsi kimi narahatedici məzmunu göstərib."he Guardian"ın son yazısı dərc olunanda qəzetin 10,7 milyon X izləyicisi var idi.Qəzet rəhbərliyi qərarla bağlı verdiyi açıqlamada tətbiqdə olmanın zərərinin faydasından çox olduğunu müdafiə edib. Tətbiqin sahibi İlon Mask bu qərarı alçaldıcı bir paylaşımla belə şərh edərək, "Onların heç bir əhəmiyyəti yoxdur" deyib.CNN televiziyasının məşhur ekran siması Don Lemon da verdiyi açıqlamada X-dən ayrıldığını açıqlayıb. Lemon iddia edib ki, X bir vaxtlar açıq müzakirə üçün mühit yaratmışdı, lakin artıq bu məqsədə xidmət etmir.Almaniyanın Hamburq şəhərinin futbol klubu "St. Pauli" və Avstriya Hava Yolları da X-dən imtina etdiklərini açıqlayıblar.Böyük Britaniyada Rəqəmsal Nifrətə Qarşı Mübarizə Mərkəzi (CCDH) də oxşar şəkildə tətbiqi tərk edib.CCDH rəhbərliyi ayrılma səbəbi kimi X-in yenilənmiş istifadə şərtlərini göstərib.Mənbə: BBC

Seçilən
28
afn.az

1Mənbələr