AZ

"Bura köhnə Azərbaycan şəhəridir"

"Uzun müddət bu cümləni deməmək qərarına gəldim, amma bir şeyi deməliyəm: Son illərdə İstiqlal Bəyannaməmizi onlarla dəfə oxudum və belə bir dəhşətli nəticəyə gəldim ki, Müstəqillik Bəyannaməsi Ermənistan Respublikasının mövcud ola bilməyəcəyinə dairdir". 

Milli.Az unikal-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə deyib. 

"Bu da bizim ən böyük problemimiz və faciəmizdir. İndi isə əsl Ermənistan kimdir, əsl Ermənistan nədir sualı belədir: Əsl Ermənistanın vətəndaşı odur ki, buradan kənarda vətən, dövlət axtarmır", - Baş nazir qeyd edib. 

Onun sözlərinə görə, ermənilər yaşadıqları yeri köhnə Azərbaycan ərazisi adlandırır: "Başqa yerə gedirsən, birinci adam deyir: Mən Mşetsidənəm, beşinci deyir: Vanlıyam, yeddinci deyir: Xoytsidənəm, səkkizinci deyir: Mən Iğdırdanam. Mən çox yaxşı başa düşürəm, amma anlamaq istəyirəm ki, bu ölkədə dilcanlı kimdir, irəvanlı kimdir?

Mən Enokavandan o tərəfə keçə bilmirəm. Biz sadə bir şeyi başa düşmürük ki, biz Dilicanda yaşayıb, Vanlıyıq deyəndə, Dilicanı itiririk. Onlara dəhliz açırıq ki, orda yerli yoxdur, ordan-burdan gəliblər, bura da köhnə türk şəhəridir, bu da köhnə Azərbaycan şəhəridir. Nə danışdığımızı eşidirlər. Biz isə dövlətimizi itiririk". 

Milli.Az

Seçilən
19
19
milli.az

10Mənbələr