AZ

Ceyhun Bayramov NATO Baş katibinin köməkçisi ilə görüşüb

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovBMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində NATO Başkatibinin innovasiya, hibrid və kiberməsələlər üzrə köməkçisiJan-Şarl Ellermann-Kinqomb ilə görüşüb.

Trend xəbər verir ki, bubarədə Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdəAzərbaycan və NATO arasında mövcud tərəfdaşlıq məsələləri, COP29sədrliyimiz çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.Nazir Ceyhun Bayramov bu il ölkəmizlə NATO arasında əməkdaşlığınəsasını qoyan “Sülh Naminə Tərəfdaşlıq” Proqramının 30 illiyininqeyd edildiyini, bu çərçivədə qarşılıqlı əməkdaşlıq şəraitində birsıra birgə layihələrin həyata keçirildiyini məmnunluqla qeydedib.

Tərəfdaşlığımızın 30 ili müddətində Azərbaycanın NATO-nunsülhməramlı əməliyyatlarında nümunəvi iştirakı, habelə NATOçərçivəsində qarşılıqlı faydalı əməkdaşlıqda aktiv iştirakınınölkəmizin inamlı tərəfdaş kimi tanınmasına gətirib çıxardığıbildirilib.

COP29 sədrliyimiz çərçivəsində, həmçinin iqlim fəaliyyətininirəlilədilməsi istiqamətində NATO ilə əməkdaşlıq etməyə hazırolduğumuz diqqətə çatdırılıb.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərətrafında fikir mübadiləsi aparılıb.

Seçilən
33
26
az.trend.az

10Mənbələr