AZ

Avropada Tramp kabusu: 19 milyon insan köç edə bilər! İkinci Dünya Müharibəsindən bəri belə bir vəziyyət görülməyib…

5 noyabr 2024-cü ildə keçirilən ABŞ seçkilərində Donald Tramp qalib gəldi.

Musavat.com xəbər verir ki, yeni prezident vəzifəyə başlamadan əvvəl davam edən münaqişələri dayandırma vədi versə də, bunu necə həyata keçirəcəyinə dair detalları paylaşmaması, xüsusilə Ukraynaya “tələsik atəşkəs” üçün təzyiq göstərə biləcəyi narahatlıqlarını artırdı.

Trampın, Ukraynanın ən böyük maliyyə və hərbi dəstəkçisi olan Bayden administrasiyasının əksinə, Ukraynaya maliyyə yardımlarını dayandıra biləcəyi ehtimalları həm Ukraynanı, həm də Avropanı narahat edir. Musavat.com xəbər verir ki, bu barədə Avropa mediası yazır.

ABŞ seçkilərindən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin və yeni prezident Tramp arasında telefon danışığının baş tutduğu və Tramp-ın Rusiyanın ələ keçirdiyi əraziləri saxlayacağı bir razılaşmaya müsbət yanaşdığı iddia edildi. Kreml bu görüşmə iddialarını rədd etsə də, Tramp-ın atəşkəs təzyiqi səbəbindən Ukraynanın Rusiyaya ərazi vermək məcburiyyətində qala biləcəyi düşünülür.

Hal-hazırda Avropa təxminən altı milyon ukraynalı qaçqına ev sahibliyi edir. İngiltərənin “Daily Mail” qəzetinin xəbərinə görə, Kiyev Rusiyaya ərazi vermək məcburiyyətində qalarsa, bu rəqəmlər sürətlə arta bilər.

Aparıcı düşüncə mərkəzlərindən biri olan Kiel Dünya İqtisadiyyatı İnstitutunun bu ay yayımladığı hesabatına görə, Putin qüvvələrinin üstünlük qazanması halında 9,4 ilə 19,1 milyon ukraynalının xaricə sığınacağı təxmin edilir.

Araşdırmaya görə, bu miqyasda bir köç hərəkatı, İkinci Dünya Müharibəsinin sonundan bəri Avropada misli görünməmiş bir səviyyədə ola bilər.

Almaniyadakı siyasətçilər, Rusiyanın Ukraynada qələbə qazanması halında Avropanı hansı nəticələrin gözlədiyi mövzusunda narahatlıqlarını ifadə edirlər.

 

Musavat.com

Seçilən
15
50
musavat.com

10Mənbələr