AZ

“Qarabağ”ın rəqibi şok təhlükə ilə üzləşdi - Sərt qərar verildi

style='margin-bottom:10px;'>

“Lion" futbol klubu mövsümün sonunda Fransa Liqa 1-dən uzaqlaşdırıla bilər.

QOL.az xəbər verir ki, bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Bildilir ki, buna səbəb “olimpiyaçılar”ın maliyyə problemləridir. Artıq "Lion"a qış transfer pəncərəsi zamanı transferlər etmək qadağan edilib. “Lion”un maliyyə vəziyyətini yaxşılaşdırıb borclarını ödəməsə, mövsümün nəticələrindən asılı olmayaraq klub 2-ci Liqaya düşəcək.

Başqa bir xəbərə görə, komandanın Liqa-1-dən uzaqlaşdırılması barədə Fransa futbolunun maliyyə tənzimləyicisi (DNCG) ilkin qərar çıxarıb. Qərara əsasən, klub 2025-ci ilin yayına qədər borclarını bağlamalıdır. Əks halda komanda 2-ci liqaya göndəriləcək.

"Lion" hazırda 11 matçdan sonra 18 xalla Liqa 1-in cədvəlində 5-ci yerdədir.

Qeyd edək ki, “Lion” Avropa Liqasının Liqa mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqiblərindən biridir. Noyabrın 28-də bu komandalar Bakıda, Tofiq Bəhramov adlna Respublika Stadionunda qarşılaşacaqlar

Seçilən
17
12
teleqraf.com

10Mənbələr