AZ

“Qarabağ”ın Avroliqadakı rəqibinə ağır cəza verildi

Fransa “Lion”u maddi vəziyyətinə görə Liqa 1-dən diskvalifikasiya edilib və komandaya problem həll olunana qədər transfer qadağası da qoyulub. SİA xəbər verir ki, “Lion” borclarını ödəməklə maliyyə problemini həll edə bilməsə, nəticələrdən asılı olmayaraq Fransa elit divizionunu tərk edəcək. Bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb. Bu mövsüm keçirdiyi 11 oyundan sonra “Lion” 18 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

“Lion” Fransanın ən titullu klublarından biridir: çempionatda yeddi, kubokda beş və ölkə Superkubokunda səkkiz qələbəsi var. Sonuncu dəfə “Lion” 2008-ci ildə Fransa çempionu olub. Qeyd edək ki, “Lino” Avropa Liqasında “Qarabağ”ın rəqibidir. Komandalar Bakıda üz-üzə gələcəklər.

Seçilən
13
1
sia.az

10Mənbələr