AZ

Trampın sülh planı Rusiyaya qələbə qazandıracaq -"Rolling Stone"

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Ukraynadakı münaqişənin həllinə dair planı özündə Rusiya Federasiyasının qələbəsini ifadə edir. Bu barədə Amerikanın “Rolling Stone” jurnalı yazıb.

Məqalədə qeyd olunub ki, Ağ Evin gələcək sahibinin təşəbbüsləri hazırkı mərhələdə Ukrayna böhranının “dondurulmasını” nəzərdə tutur. Bundan əlavə, siyasətçi Rusiya Federasiyasının tutduğu yeni ərazilərin bu ölkənin ərazisi kimi tanınması imkanlarını nəzərdən keçirir.

“Tramp düşünür ki, Ukraynadakı münaqişəyə son qoya bilər. Əslində o, Moskvaya qələbə qazandırmağa hazırlaşır”, - məqalə müəllifləri vurğulayırlar.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
27
news365.az

1Mənbələr