AZ

Azərbaycanda "yaşıl" texnologiyalara keçid Elektron Hökumət Platforması vasitəsilə həyata keçirilir - Rəşad Nəbiyev

Bakı. Trend:

Azərbaycanda "yaşıl" texnologiyalara keçid elektron hökumətplatforması vasitəsilə həyata keçirilir, bu da dövlət xidmətlərinidaha səmərəli, əlçatan və ekoloji cəhətdən təmiz edir.

Trend xəbər verir ki, bunuAzərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev“Yaşıl Rəqəmsal Fəaliyyət” mövzusunda keçirilən yüksək səviyyəlidəyirmi masada deyib.

“Azərbaycan tərəfdaşlarımızla birlikdə “yaşıl” rəqəmsalfəaliyyətlərə dair çoxtərəfli təşəbbüsə töhfə verdiyinə görə qürurduyur. Bizdə transformasiya elektron hökumət platforması vasitəsiləbaş verir ki, bu da dövlət xidmətlərini daha səmərəli, əlçatan vəekoloji cəhətdən təmiz edir.

Tam rəqəmsal hökumətə keçid artıq başlayıb və bir sıra əsashəyat prosesləri tamamilə rəqəmsallaşdırılıb. Bu keçid çərçivəsindəbiz dövlət qurumları arasında rəqəmsal sənədlərin mübadiləsi üçünmüasir sistemi tətbiq etmişik ki, bu da kağız istifadəsiniəhəmiyyətli dərəcədə azaltmağa imkan verib”, - deyə o qeydedib.

Nazir vurğulayıb ki, gündəlik təxminən 1,5 milyon tranzaksiyanıemal edən “Rəqəmsal Körpü” təşəbbüsü sayəsində ətraf mühitə təsiriəhəmiyyətli dərəcədə azaltmaq mümkün olub.

“Bundan əlavə, Azərbaycan quraqlıq, səhralaşma və suehtiyatlarının idarə edilməsi kimi ekoloji dəyişikliklərimonitorinq etmək üçün peyk müşahidələrindən aktiv şəkildə istifadəedir. Peyklərimiz iqlim dəyişikliyinə uyğunlaşmağa və vaxtındaəsaslandırılmış qərarlar qəbul etməyə kömək edən vacib məlumatlartəqdim edir. Rəqəmsal transformasiyada əsas rol oynayantelekommunikasiya sektoru da ətraf mühitə əhəmiyyətli təsirgöstərir.

Biz xüsusilə ucqar bölgələrdə telekommunikasiyainfrastrukturunun bərpa olunan enerji mənbələrinə investisiyaqoymaqla qlobal səyləri dəstəkləyirik. Məsələn, günəş enerjisi iləişləyən baza stansiyalarımız vaxtın 60 faizindən çoxunu bərpaolunan enerjidən istifadə edir ki, bu da enerji istehlakını vətullantıları əhəmiyyətli dərəcədə azaldır”, - deyə nazir əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
36
az.trend.az

1Mənbələr