AZ

Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayırıq - Tatyana Molkean

Azərbaycanın ekoloji fəaliyyətlə bağlı səylərini alqışlayırıq.

Olaylar xəbər verir ki, bu barədə COP29 çərçivəsində BMT-nin Avropa İqtisadi Komissiyası tərəfindən hazırlanan Azərbaycanın "Ətraf mühit üzrə fəaliyyətin icmalı" (EPR) hesabatının təqdimatında çıxışı zamanı Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyasının məsul katibi Tatyana Molkean deyib.

"Bizim üçün ən dəyərli resurs insandır. Xüsusilə iqlim dəyişikliyi məqsədlərinə nail olunmasına töhfə verən ölkələrin sayının artması biomüxtəlifliyin qorunmasında da rol oynayır. Yeni kənd təsərrüfatı formasında biz davamlı kənd təsərrüfatının inkişafına kömək etməyə necə nail ola biləcəyimizi görəcəyik.

Biz, həmçinin, tullantıların idarə olunması mərkəzi yaratmışıq və hava keyfiyyətinin monitorinqinə böyük diqqət yetiririk. Xüsusilə yüksək qiymətləndirdiyim nailiyyətlərdən biri Yaşıl Təbii Xəstəxanaların yaradılmasıdır",- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
22
1
olaylar.az

2Mənbələr