AZ

"Hazırda 8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir" - Saymon Stil

"İqlim dəyişikliyi problemi dünyada bütün insanlar üçün əsas aktual narahatlıqdır. Parlamentlər vətəndaşların həyatını dəyişdirən konkret addımları dəstəkləyə bilər. Yaşanıla bilən dünya uğrunda mübarizədə konkret fəaliyyətə keçilməlidir".

"Unikal" xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil Bakıda keçirilən Parlament Görüşündə çıxışı zamanı deyib.

Dayanıqlılığın artırılmasından, daha sağlam həyat standartlarının təmin olunmasından da bəhs edən icraçı katib vurğulayıb: “Biz insanlara daha da irəli getməyə imkan verən siyasətlərə ehtiyac duyuruq. Həm də bilirik ki, təkcə ambisiya kifayət etməyəcək. Hər bir ölkə kifayət qədər ambisiyalı olmalıdır. Maliyyaləşdirmə məsələsi çox önəmlidir, xüsusilə iqlim maliyyəşməsindən əziyyət çəkən ölkələr üçün. Hər bir ölkədə qarşıya qoyulan məqsədlərin həyata keçirilməsi önəmlidir”.

Saymon Stil qeyd edib ki, hazırda 8 milyarddan çox insan iqlim dəyişikliyindən əziyyət çəkir. İqlimlə bağlı bu cür tədbirlər həqiqi iqtisadi nəticəsi olan prosesə çevrilməlidir.

Seçilən
22
50
unikal.az

10Mənbələr