AZ

Baş məşqçinin başını yardılar

style='margin-bottom:10px;'>

KONKAKAF Millətlər Liqasının 1/4 finalının Meksika - Honduras matçında xoşagəlməz hadisə olub.

QOL.az xəbər verir ki, Meksika millisinin baş məşqçisi Xavyer Aqirre görüşdə xəsarət alıb.

Tribunadakı azarkeşlərdən biri mütəxəssisin olduğu səmtə pivə butulkası atıb. Həmin butulka Aqirrenin başına dəyib.  O, yaralanıb. 

Meksika Futbol Federasiyası daha sonra Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından (CONCACAF) hadisə ilə bağlı təcili və qəti tədbirlər görməsini tələb edib.

Seçilən
25
2
teleqraf.com

3Mənbələr