AZ

Vanq Yi Kanadanın "vahid Çin" prinsipinə sadiq qalacağına ümid edir

Çin ümid edir ki, Kanada Tayvan məsələsinin həssaslığını anlayacaq və “vahid Çin” prinsipinə əməl edəcək. Bunu Limada APEC sammiti çərçivəsində keçirilən kanadalı həmkarı Melani Coli ilə görüşündə Çinin xarici işlər naziri Vanq Yi deyib.

"Tayvan məsələsi Çinin suverenliyi və ərazi bütövlüyü ilə bağlıdır. "Vahid Çin" prinsipi beynəlxalq ictimaiyyətin ümumi konsensusu və İkinci Dünya Müharibəsindən sonrakı beynəlxalq nizamın mühüm hissəsidir və mübahisə edilə bilməz. Biz ümid edirik ki, Kanada Tayvan məsələsinin yüksək həssaslığını tam başa düşür və “bir Çin” prinsipinə səmimi əməl edəcək”, - deyə Çin Xarici İşlər Nazirliyinin saytı onun sözlərindən sitat gətirir.

Oxuməni.az

Seçilən
26
1
oxumeni.az

2Mənbələr