AZ

Artıq 1000-dən çox maraqlı tərəf "Yaşıl Rəqəmsal Fəaliyyət" bəyannaməsini dəstəkləyib - Rəşad Nəbiyev

Bakı. Trend:

Artıq 1000-dən çox maraqlı tərəf "Yaşıl Rəqəmsal Fəaliyyət"bəyannaməsini dəstəkləyib.

Trend xəbər verir ki, bunuAzərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad NəbiyevCOP29 çərçivəsində keçirilən mətbuat konfransında deyib.

“İnanıram ki, birgə səylərlə rəqəmsal texnologiyalarınpotensialından istifadə edərək, davamlı və aşağı karbonlu gələcəkyarada bilərik”, - nazir vurğulayıb.

R.Nəbiyev qeyd edib ki, Azərbaycanın davamlı və ekoloji gələcəyəgedən yolu texnoloji innovasiyaların tətbiqi ilə sıx bağlıdır.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
33
2
az.trend.az

3Mənbələr