AZ

Erkən xəbərdarlıq sistemləri insan həyatını xilas etməyin və infrastrukturun qorunmasının açarıdır – BMT

Bakı. Trend:

Erkən xəbərdarlıq sistemləri insan həyatını xilas etməyin vəinfrastrukturun qorunmasının açarıdır.

Trend xəbər verir ki, bunuBMT Baş katibinin Təbii Fəlakət Risklərinin Azaldılması Ofisindəki(UNDRR) xüsusi nümayəndəsi Kamal Kişor "Dayanıqlığın artırılmasıüçün iqlim məlumatı sistemlərinin və çoxprofilli erkən xəbərdarlıqsistemlərinin gücləndirilməsi" mövzusunda keçirilən yüksəksəviyyəli tədbirdə deyib.

“Bu sistemlərin səmərəli tətbiqi olmadan fəlakətlərdən yarananinsan itkilərini və iqtisadi zərərləri azaltmaq üçün qlobalhədəflərə nail olmaq mümkün deyil”, - deyə o vurğulayıb.

Kamal Kişor erkən xəbərdarlıq sistemlərinə investisiyalarınvacibliyini vurğulayıb və bunun "Senday" proqramının 7 məqsədindənbiri olduğunu xatırladıb.

O qeyd edib ki, erkən xəbərdarlığa çıxışın təmin edilməsi digərməqsədlərə, o cümlədən, ölüm hallarının azaldılması vəfəlakətlərdən əziyyət çəkənlərin sayının azaldılmasına nail olmaqüçün həlledici əhəmiyyət daşıyır.

O, həmçinin, erkən xəbərdarlıq probleminin həm Cənub, həm dəŞimal ölkələri üçün aktual olduğunu bildirib.

“Son ayların hadisələri göstərdi ki, təbii fəlakətlər bütünregionlara təhdid yaradır. Biz həm qısamüddətli proqnozlar, həm dəuzunmüddətli iqlim tendensiyaları üçün işləməliyik”, - deyə o əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
30
1
az.trend.az

2Mənbələr