AZ

Yaşıl İqlim Fondu ən həssas ölkələr üçün erkən xəbərdarlıq sistemlərinə investisiya edir - Henri Qonzales

Bakı. Trend:

Yaşıl İqlim Fondu ən həssas ölkələr üçün erkən xəbərdarlıqsistemlərinə investisiya edir.

Trend xəbər verir ki, bunuYaşıl İqlim Fondunun (GCF) baş investisiya direktoru Henri Qonzales"Dayanıqlığın artırılması üçün iqlim məlumatı sistemlərinin vəçoxprofilli erkən xəbərdarlıq sistemlərinin gücləndirilməsi"mövzusunda keçirilən yüksək səviyyəli tədbirdə bildirib.

H.Qonzalesin sözlərinə görə, 2015-ci ildən Yaşıl İqlim Fonduerkən xəbərdarlıq sistemlərinin yaradılması istiqamətində səylərifəal şəkildə dəstəkləyir və bu günə qədər bu komponenti əhatə edən97 layihə təsdiq edilib. Bu layihələrin ümumi dəyəri 2024-cü ilüçün 3,6 milyard ABŞ dollarıdır. Fond, o cümlədən, AzərbaycandaBMT-nin Ətraf Mühit Proqramı (UNEP) ilə əməkdaşlıq edərək layihələrhəyata keçirir.

“Biz UNEP ilə tərəfdaşlıqdan qürur duyuruq və burada, COP29çərçivəsində, fondun Azərbaycandakı ilk layihəsini təqdim etməkdənməmnunuq. Bu layihə hər kəs üçün böyük əhəmiyyət kəsb edir”, - deyəQonzales vurğulayıb.

O əlavə edib ki, Yaşıl İqlim Fondu ən həssas ölkələri, ocümlədən, ən az inkişaf etmiş ölkələri (LDC) və Afrika dövlətlərinidəstəkləyir. Fondun əsas səyləri bu regionlarda erkən xəbərdarlıqinfrastrukturlarını təkmilləşdirməyə yönəlib.

“Erkən xəbərdarlıq layihələrimizə ayrılan resursların 38 faiziAfrikaya, 35 faizi Asiya-Sakit okean regionuna, 20 faizi LatınAmerikasına, 7 faizi isə Şərqi Avropa və Mərkəzi Asiyaya yönəlib”,- deyə H.Qonzales bildirib.

O vurğulayıb ki, Yaşıl İqlim Fondu iqlim proqnozları vəxəbərdarlıqların təkmilləşdirilməsi üçün texnologiya və elmsahəsində innovativ həllərin tətbiqi üzərində də fəal işləyir.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
32
az.trend.az

1Mənbələr