Dövlət Gömrük Komitəsi (DGK) “Alco” şirkəti barəsində inzibati protokol tərtib edib.
Valyuta.az xəbər verir ki, şirkət İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsi) maddəsi ilə ittiham edilir.
İş baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilib.
485.2-ci maddəyə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
Hüseyn