AZ

Azərbaycan və Çinin media subyektləri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



COP29 çərçivəsində Azərbaycanda səfərdə olan Çin Qitələrarası Kommunikasiya Mərkəzinin nümayəndə heyəti ilə Medianın İnkişafı Agentliyində (MEDİA) görüş keçirilib.
MEDİA-dan Oxu.Az-a bildirilib ki, görüş zamanı Agentliyin İcraçı direktoru Əhməd İsmayılov media sahəsində informasiya və təcrübə mübadiləsi, birgə layihələrin həyata keçirilməsi, tərəfdaşlığın qurulması ilə bağlı bir sıra məsələlərə toxunub, "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə" çərçivəsində müvafiq sahəyə məsul qurumlar və media subyektləri arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsinin vacibliyini vurğulayıb.
Çin Qitələrarası Kommunikasiya Mərkəzinin direktor müavini Cui Binzhen isə hər iki ölkə arasında sözügedən sahədə mövcud potensialın artırılması üçün müxtəlif platformalar vasitəsilə əlaqələrin dərinləşdirilməsinin, jurnalistlər və media mütəxəssisləri arasında birgə təlim proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib, dezinformasiyanın yayılmasına qarşı mübarizənin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.
Görüşdə hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Seçilən
47
50
oxu.az

10Mənbələr