AZ

COP29-da iştirak edən Norveç naziri Qubad İbadoğlunu evində ziyarət edib

COP29-da iştirak üçün Bakıya səfər edən Norveçin Beynəlxalq İnkişaf Naziri Anne   Beathe Tvinnereim London İqtisad Məktəbinin və Drezden Texniki Universitetinin professoru, hazırda polis nəzarətində olan, ev dustaqlığı həyatı yaşayan Qubad İbadoğlu ilə görüşüb.  

 

Senzor.az bildirir ki, bu barədə Turan agentliyi məlumat yayıb.

 

Görüşə Norveç höküməti adından gəldiyini bildirən xanım nazir Qubad İbadoğluya qarşı tətbiq olunan məhdudiyyətlər, onun  sağlamlıq durumu və ona qarşı irəli sürülən ittihamlar üzrə istintaqın gedişi ilə maraqlanıb.

 

Xanım nazir Anne  Beathe Tvinnereim görüşdən sonra “X” şəbəkəsində yazıb ki,  “doktor Qubad İbadoğlu ilə görüşə görə minnətdaram.   Onun və həbsdə olan digər fəalların sağlamlığı  və   vəziyyəti  ilə bağlı dərin narahatlığımı bildirirəm. Qanuni vətəndaş fəaliyyətinə görə həbslər əsas hüquqların pozulmasıdır. Adekvat tibbi yardım humanitar öhdəlik sayılır.”

 

Norveçin Beynəlxalq İnkişaf Naziri Anne  Beathe Tvinnereim Qubad İbadoğlunun sağlamlığı və ona  tətbiq edilən məhdudiyyətlər, eləcə də həbsdəki fəalların vəziyyəti ilə  bağlı narahatlığını Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı da səsləndirib. Ceyhun Bayramov bildirib ki, insan huquqları ilə baglı tənqidlər   sadəcə  məlumat azlıgından qaynaqlanır.

Seçilən
11
1
senzor.az

2Mənbələr