AZ

"The Telegrarh": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Britaniyanın məşhur "The Telegraph" nəşrində Azərbaycan və paytaxt Bakının gözəlliyindən bəhs edən məqalə dərc olunub.
Oxu.Az xəbər verir ki, məqalənin müəllifi olan jurnalist Anna Selbi COP29 günlərində ölkəmizə səfər edib və öz təəssüratlarını oxucularla bölüşüb.
Onun sözlərinə görə, Bakı kiçik bir xəzinədir.
"Bakı qədim İpək Yolunun Xəzər dənizi sahilindəki mərkəzidir. İçərişəhərdə hələ də karvansaraylar - müasir mehmanxana və restoranlar yerləşir.
Bu daş döşənmiş küçələrin mərkəzində Şirvanşahlar Sarayı (UNESCO onu "memarlıq incisi" kimi təsvir edir) dayanır. O məqbərəsi, hamamı, sərdabələri, qədim məscidi və yeraltı həbsxanaları olan bir labirintdir. Yaxınlıqdakı qədim, atəşpərəst zərdüştilərinin simvolu kimi tikilmiş Qız qalasının 12-ci əsrdə tikildiyi güman edilir. Bu şəhərdə çoxlu işğalçılar olub, hamısı öz izlərini qoyublar. Məsələn, Böyük Pyotr Rusiyadan gəlib və daha çox qədim məscidin minarəsini zədələməklə yadda qalıb.
Bu yaxınlaradək Azərbaycan Sovet İmperiyasının bir hissəsi idi. Müstəqillik əldə etdikdən sonra Bakı şəhəri daha da gözəlləşib. Geniş, ağaclarla örtülmüş bulvarları ilə Bakının bəzi hissələri qəribə şəkildə Parisi xatırladır. Qədimliyini qoruyan şəhər həm də müasirdir. Alov formalı üç göydələn şəhərin gecə səmasını işıqlandırır.
Qonşusu İrandan fərqli olaraq, Azərbaycan kifayət qədər liberal mədəniyyətə malikdir. Hamı Qərb geyimindədir və ingilis dilindən geniş istifadə olunur. Bakıda əla bar və restoranlarla çiçəklənən gecə həyatı var. Şərab bu müsəlman ölkəsində təkcə içilmir, həm də burada istehsal olunur. Qonşuları Gürcüstan və Ermənistan kimi, Azərbaycanın da İslamın gəlişindən əvvələ qədər uzanan və dərin köklərə malik şərabçılıq tarixi var. Bir sözlə, Bakı sizə gözlədiyinizdən daha çoxunu təklif edir", - deyə məqalədə bildirilir.
Seçilən
32
1
oxu.az

2Mənbələr