AZ

Sığın avtobil salonuna girdi: iki nadir BMV-ni əzdi – VİDEO

İsveçin BMW avtomobilləri üzrə ixtisaslaşan “Schmiedmann” şirkətinin anbarında qeyri-adi hadisə baş verib. Nəhəng bir sığın işlənmiş avtomobil sahəsinə girib və xaosa səbəb olub və təxminən 20.000 dollar dəyərində ziyan vurub,

Lent.az-ın xaricim KİV-ə istinadla xəbərinə görə, şirkətin baş direktoru Viktor Erteqren qış anbarına hazırlayarkən anqarda yüksək səs eşidib. O, heyvanı təhrik etməmək üçün gizlənib və hadisəni videoya çəkib.

Kadrlarda arxa ayaqları üstə qalxan və bu yaxınlarda bərpa edilmiş BMW 850i-nin kapotuna ön dırnaqlarını tapdaladığını göstərir. Zərbələr nəticəsində avtomobilin ön paneli və boyası zədələnib.

Bundan başqa, heyvan şirkət əməkdaşına məxsus digər avtomobilə də ziyan vurub. “Basqın”dan sonra sığın anqardan çıxdıb, maşınların sıx olduğu bir yolu keçib və meşədə gözdən itib.

“Schmiedmann” şirkəti sosial şəbəkələrdə aktiv müzakirələrə səbəb olan hadisənin videosunu yayıb. Gözlənilməz səfərdən dəyən ziyan 20 min dollar dəyərində qiymətləndirilir. Şirkət nümayəndələri dəymiş ziyana baxmayaraq, hadisənin uzun müddət xatırlayacaqları parlaq hekayəyə çevrildiyini qeyd ediblər.

Seçilən
26
medianews.az

1Mənbələr