Sabah bəzi ərazilərdə leysan yağacaq.
Milli Hidrometeorologiya Xidmətindən 7news.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 18-i günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.
Yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı ehtimalı var.
Azərbaycanın rayonlarında gecə və səhər bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı gözlənilir.