AZ

Paris və London da Kiyevə zərbə üçün icazə verdi

Fransa və Böyük Britaniya uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verib.

Turkustan.az xəbər verir ki, bu barədə “Le Figaro” məlumat yayıb.

Bildirilib ki, Kiyev bunun üçün SCALP/Storm Shadow raketlərindən istifadə edə bilər.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden də analoji qərar verib. /axar.az/

Seçilən
14
6
turkustan.az

7Mənbələr