AZ

Qərb icazə verdi: Ukrayna Rusiya ərazisi VURACAQ

ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verib.

 

Modern.az xəbər verir ki, bu barədə "New York Times" qəzeti Amerika rəsmilərinə istinadən yazıb.

 

Nəşrin məlumatına görə, söhbət uçuş məsafəsi 300 kilometrə çatan ABŞ istehsalı ATACMS ballistik raketlərindən gedir.

 

Məlumata görə, bu silahlar Ukrayna qüvvələri tərəfindən Kursk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərini qorumaq üçün Rusiya və Şimali Koreya qoşunlarına qarşı istifadə olunacaq.

 

Nəşr yazır ki,  Rusiya ordusu Kursku geri qaytarmaq üçün Şimali Koreya hərbçiləri də daxil olmaqla 50 minə yaxın əsgərin iştirakı ilə böyük hücuma hazırlaşır. 

 

"Le Figaro" qəzeti isə bildirib ki, ABŞ-nin ardınca Fransa və Böyük Britaniya da Ukraynaya uzaqmənzilli silahlarından istifadə edərək Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.

 

“Fransa və Britaniya Ukraynaya “Skalp” raketlərindən istifadə etməklə Rusiya Federasiyası ərazisinə zərbələr endirməyə icazə veriblər”, - məqalədə deyilir.

Seçilən
25
8
modern.az

10Mənbələr