AZ

Türkiyə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınması təşəbbüsünü dəstəkləyir

Bakı. Trend:

Türkiyə COP29 prezidentliyinin Bakı Qlobal İqlim ŞəffaflığıPlatformasının işə salınması təşəbbüsünü dəstəkləyir.

Trend xəbər verir ki, bubarədə Türkiyənin İqlim Dəyişikliyi Bürosunun rəhbəri Halil Hasar"Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası"ndabildirib.

"Bu platforma inkişaf etməkdə olan ölkələrə və tərəflərəTəkmilləşdirilmiş Şəffaflıq Çərçivəsinin həyata keçirilməsindəzəruri dəstəyi təmin etməyə yönəlib. Bakı Qlobal İqlim ŞəffaflığıPlatforması çərçivəsində hesabatlılıq prosesində qazandığımızdərsləri və təcrübələri paylaşmaq bizim üçün məmnuniyyətdoğuracaq", - deyə o vurğulayıb.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
11
1
az.trend.az

3Mənbələr