AZ

Putinin Baydenə cavabı amansız olacaq -Diplomat

ABŞ prezidenti Co Baydenin ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisini vurmaq üçün Amerikanın uzaqmənzilli raketlərindən istifadəsinə icazə verdiyini yazmışdıq. Vətəninfo.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti Amerika administrasiyasının anonim nümayəndələrinə istinadən məlumat yayıb. Qəzetin mənbələrinin məlumatına görə, söhbət ATACMS raketlərindən gedir.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl Amerikanın uzaqmənzilli silahlarının Rusiya ərazisinə hücumları barədə danışıb. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kreml rəhbərinin Baydenin qərarı ilə bağlı reaksiyasını şərh edərkən bildirib.
“Prezident bu məsələ ilə bağlı danışıb”, – diplomat bildirib.

Xatırladaq ki, Putin bir qədər əvvəl bəyan etmişdi ki, Qərbin Rusiyaya qarşı uzaqmənzilli dəqiq silahlardan istifadə etməsi NATO ölkələrinin Ukraynadakı müharibədə birbaşa iştirakı demək olacaq.
Rusiya Kiyevə Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmaq hüququnun verilməsinə cavab olaraq Böyük Britaniya və Fransa sahillərində nümayişi nüvə zərbəsini nəzərdən keçirməlidir. “National Defense” jurnalının baş redaktoru İqor Korotçenko belə bir fikri RİA Novosti-yə müsahibəsində bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin bu cür hərəkətlərin qarşısını almaq üçün tədbirlər görməyəcəyi təqdirdə, Rusiyanın qətiyyətini nümayiş etdirmək üçün Böyük Britaniya və Fransa sahillərindəki dəniz zonasında nümayişi nüvə zərbəsi ilə bağlı sual yarana bilər”, – Korotçenko bildirib.

Seçilən
8
2
veteninfo.az

10Mənbələr